YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədzadə: Bizim multikulturalizm modeli başqa ölkələr üçün ciddi maraq kəsb edir

«Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində Azərbaycan mənşəyindən, dini dəyərlərindən asılı olmayaraq vətəndaşların xeyrinə siyasətin həyata keçirildiyi, iqtisadiyyatın inkişaf etdirildiyi müstəsna sabitlik adası olub». Bu fikri AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə deyib.

İ.Məmmədzadə bildirib ki, bu siyasətin həyata keçirilməsində vətəndaşların ənənəvi, tarixən formalaşmış tolerantlığı mühüm rol oynayır. Onun sözlərinə görə, Azərbaycan müsəlmanların, xristianların və bir çox digər etnos və konfessiya nümayəndələrinin bir-birinin adətlərinə, dəyərlərinə hörmət edərək, dostcasına yaşadığı dünyanın nadir ölkələrindən biridir.

«Tolerantlıq, şübhəsiz, multikulturalizmlə, mədəniyyətlərarası qarşılıqlı əlaqələr proseslərində iştirak etmək zərurəti ilə bağlıdır. Azərbaycanda hər il müxtəlif ölkə və mədəniyyət təmsilçilərinin diskussiya meydançasına çevrilmiş Beynəlxalq Humanitar Forum keçirilir. Forum, bir tərəfdən, alim, siyasətçi və vətəndaş cəmiyyəti nümayəndələrinin ünsiyyəti, digər tərəfdən isə, alimlərin elmi araşdırmalar, ideyalar mübadiləsini aparması üçün imkan yaradır. Fikrimcə, bizim multikulturalizm modelinin, alimlərimizin tədqiqat işlərinin təcrübəsi başqa ölkələr üçün ciddi maraq kəsb edir.»- deyə, İ.Məmmədzadə qeyd edib.