YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda QHT əməkdaşlığının nailiyyətləri və perspektivləri mövzusunda beynəlxalq konfrans keçirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası noyabrın 19-da “QHT əməkdaşlığının nailiyyətləri və perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov konfransda iştirak edir.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev konfransın keçirilməsində məqsədin Azərbaycanın beynəlxalq aləmdə QHT-lərlə əməkdaşlığının qiymətləndirilməsi, sülh və regional təhlükəsizlik, mədəniyyətlərarası dialoq, vətəndaş cəmiyyəti təşkilatları arasında gələcək əməkdaşlıq imkanları, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı yeni mexanizmlər ətrafında fikir mübadiləsinin aparılması olduğunu söylədi.
Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsinin artıq ənənə halını aldığını və bugünkü konfransın təşkilinin də bu baxımdan mühüm olduğunu deyən Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov QHT-lərin dünyada vətəndaş cəmiyyətinin inkişafında rolunun getdikcə daha da artdığını bildirdi. Novruz Məmmədov bir sıra QHT-lərin dünyada gedən proseslərə təsir göstərə bildiyini dedi, bu qurumların beynəlxalq münasibətlərdə mühüm amilə çevrildiyini vurğuladı.
Azərbaycanın Qərb ölkələri ilə həyata keçirdiyi əməkdaşlığı və reallaşdırılan qlobal layihələri qeyd edən Prezident Administrasiyası rəhbərinin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışdı. Novruz Məmmədov bildirdi ki, bir müddət əvvəl Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirməsi ölkəmizə qarşı növbəti təxribat idi. Prezident Administrasiyasının rəsmisi təəssüflə bildirdi ki, bir çox Qərb kütləvi informasiya vasitələri bu barədə düzgün məlumat yaymır. İndiyədək münaqişə nəticəsində hüquqları pozulan azərbaycanlılara qarşı dünyada ikili standartlar tətbiq olunur.
Novruz Məmmədov tədbirdə iştirak edən QHT nümayəndələrini bu baxımdan mövqe nümayiş etdirməyə çağırdı, konfransın işinə uğurlar arzuladı.
Milli Məclis sədrinin müavini Bahar Muradova dünyada ədalət prinsipindən danışdı. Bildirdi ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olduğu müddətdə ədalət ideallarını, beynəlxalq hüququ və bütün ölkələr arasında sülh şəraitində əməkdaşlığı müdafiə etdi.
Bahar Muradova Milli Məclis ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında əməkdaşlıqdan danışdı, bu əməkdaşlığın vətəndaşla parlament arasındakı münasibətlərin tənzimlənməsindəki rolunu qeyd etdi.
Milli Məclis sədrinin müavini Azərbaycanda dövlət tərəfindən QHT-lərə göstərilən diqqət və dəstəkdən də söhbət açdı.

 

DİGƏR Xəbərlər Arxiv