YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Partiyamızın sıralarında sağlam, vətənpərvər, intellektual gənclər birləşib

“Belə  bir kursların təşkil edilməsi gənclər üçün faydalıdır. Məqsəd ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının gənc fəal üzvləri kursları keçərək öz siyasi biliklərini və dünyagörüşlərini genişləndirsinlər, siyasi təcrübə əldə etsinlər və Azərbaycanın ictimai-siyasi həyatında daha yaxından iştirak etmək üçün lazım olan vərdişləri qazanmış olsunlar”. Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov “Azərbaycan Respublikasının siyasi sisteminin yaranması və  formalaşmasında Yeni Azərbaycan Partiyasının yeri və rolu” istiqaməti üzrə təşkil olunan kursda çıxışı zamanı deyib.

Əli Əhmədov bildirib ki, partiyamızın sıralarında sağlam, vətənpərvər, intellektual gənclər birləşib. O qeyd edib ki, partiya üzvlərinin  40 faizi gənclərdən ibarətdir və bu böyük siyasi gücdür. Gənclərin YAP-ın sıralarına axını onların öz gələcək siyasi talelərini Heydər Əliyev ideyalarına bağlaması, Prezident İlham Əliyevin siyasətini dəstəkləməsi ilə əlaqədardır.

“Siz Yeni Azərbaycan Partiyasının gənc və fəal üzvlərinisiniz. Partiyamızın həm bugünkü fəaliyyətində, həm də gələcək inkişafında sizin rolunuzu xüsusi vurğulamaq istəyirəm. Biz istəyirik ki, siz gənc nəsil olaraq inkişaf edəsiniz. Gələcəkdə partiyanın funksiyalarının həyata keçirilməsində daha yaxından iştirak etmək imkanınız  olsun. Həm də, bütövlükdə, Azərbayacanın ictimai-siyasi həyatında geniş şəkildə iştirak edəsiniz. Bunun üçün də zəruri vərdişlərə ehtiyac var. Xüsusilə siyasi biliklər artırılmalıdır. Dünyanın hər yerində siyasi partiyaların nəzdində bu cür kurslar mövcuddur. Kursların yaranmasında məqsəd siyasi partiyaların vasitəsilə bütövlükdə cəmiyyətin siyasi həyatı üçün təcrübəli gənc siyasətçilərin formalaşmasından ibarətdir. Bizim də məqsədimiz budur”-deyə,  YAP Sədrinin müavini vurğulayıb.