YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: İslahatlar ölkəmizin bundan sonrakı uğurlu inkişafını şərtləndirən əsas amillərdən biridir

«Əldə olunan nəticələr onu deməyə əsas verir ki, islahatlar ölkəmizin bundan sonrakı uğurlu inkişafını şərtləndirən əsas amillərdən biridir». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, qəbul edilən qərarlar artıq öz nəticələrini verir. Onun sözlərinə görə, bu qərarlar  sosial-iqtisadi islahatları daha da dərinləşdirir.

«Ölkəmizdə yeni iqtisadi modelin dəstəklənməsi baxımından Prezident İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” müvafiq Fərmanı böyük aktuallıq daşıyır. Sənəd 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Əlbəttə ki, dövlət başçısının imzaladığı digər fərman və sərəncasmlar da sosial-iqtisadi inkişafın əsasını təşkil edir»- deyə, komitə sədri vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv