YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi: Azərbaycan Respublikasının Silahlı Qüvvələri düşmənin istənilən təxribatının qarşısını almağa qadirdir və hazırdır

Ermənistan Respublikasının hərbi-siyasi rejimi növbəti dəfə Azərbaycana qarşı hədə-qorxu dolu məsuliyyətsiz bəyanatlar verməkdə davam edir. Öz xalqını aldadaraq təxribata çəkməklə Azərbaycana münasibətdə aqressiv siyasət yürütməsi onların hazırda regionda mövcud olan real vəziyyəti düzgün qiymətləndirməmələrinin nəticəsidir.

Azərbaycanın Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşmən tərəfi işğal edilmiş ərazilərdən qoşunlarının qeyd-şərtsiz və dərhal çıxarılmasının vacibliyini anlamalı, erməni gənclərini ədalətsiz müharibədən çəkindirərək əbəs yerə qırdırmamalıdır.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri düşmənin istənilən təxribatının qarşısını almağa qadirdir və hazırdır. Düşmən tərəfi növbəti dəfə hər hansı bir hərbi əməliyyata əl atarsa, Azərbaycan Silahlı Qüvvələrinin işğalçılara dərhal vuracağı zərbə hədsiz dərəcədə təsirli, məhvedici olacaq, külli miqdarda itkilər və dağıntılarla nəticələnəcək, uzun müddət onların yaddaşından silinməyəcək.