YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

CEPEJ-in prezidenti: Azərbaycanın nailiyyətləri Avropa Şurasının digər üzv dövlətləri üçün nümunə kimi göstərilir

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildikdən sonra bu təşkilatın qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib.

Bu fikirləri Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov bildirib. O qeyd edib ki, bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər Avropa Şurasının digər üzv dövlətləri üçün nümunə olaraq göstərilir. Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində apardığı uğurlu islahatların nəticəsi olaraq bu gün Azərbaycanın yaratdığı “E-məhkəmə” sistemi bir çox Avropa Şurası üzv dövlətləri tərəfindən öyrənilir. Bu uğurun göstərici olaraq, 2017-ci ilin oktyabr ayında Avropa Şurasının “Ədliyyənin kristal tərəzisi” müsabiqəsi üzrə Azərbaycanın təqdim etdiyi “Məhkəmənin nəbzi - idarəetmədə inqilab” adlı layihə Avropa Şurası tərəfindən mükafatlandırılıb.