YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aşqabadda MDB İqtisadi Şurasının iclası keçiriləcək

Türkmənistanın Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrliyi çərçivəsində sentyabrın 13-də Aşqabadda MDB İqtisadi Şurasının 83-cü iclası keçiriləcək.

İclasda MDB məkanında iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzusu olacaq.

MDB-yə üzv ölkələrin Strateji İqtisadi Əməkdaşlıq haqqında Bəyannamə layihəsinin təsdiqlənməsi də nəzərdə tutulur.

Üzv ölkələrin mütəxəssislərin iştirak edəcəyi görüşdə “Rəqəmsal sistemə keçidin əsas istiqamətləri” adlı təqdimat keçiriləcək.