YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Sosial şəbəkələr ictimai münasibətlərin, insanlararası ünsiyyətin tənzimlənməsində oynadığı rol qədər siyasi mühitə də öz təsirini göstərməkdədir

“Azərbaycanda sosial şəbəkələr ictimai münasibətlərin, insanlararası ünsiyyətin tənzimlənməsində oynadığı rol qədər siyasi mühitə də öz təsirini göstərməkdədir”. Bu fikri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə bildirib ki, bəzi hallarda insanlar sosial şəbəkələr üzərindən əldə olunan informasiyaları yoxlamadan qəbul edir, ona inanırlar. Məhz bu səbəbdən də sosial şəbəkələrdə yalan, şər, böhtan üzərindən təbliğat qurub siyasi və digər xarakterli maraqlarını təmin etməyə çalışanlar da var. Onlardan birincisi elə AXCP sədri Əli Kərimlidir.

“Doğrudur, Əli Kərimli formal olaraq AXCP sədri olsa da, onu bu gün daha çox bloqqer kimi tanıyırlar. Canbir qəlbdə olduğu “Osmanqızı” və “Azərbaycan saatı” kanallarından başqa çox nadir hallarda digər “Youtube” tv-lərə müsahibə verən Əli Kərimlinin əsas niyyəti yalnız və yalnız ictimai rəyi çaşdırmaq, siyasi dividend əldə etmək və əlbəttə ki, qrant təşkilatlarının diqqətini çəkməkdir. Ə.Kərimli bu günlərdə “Azərbaycan saatı” “Youtube” kanalının canlı yayımında yenidən həyatının ən böyük yalanını danışdı. Kərimlinin guya ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra 7 rayon işğal olunub fikri onu nəinki ifşa, hətta “dəfn” etdi, deyərdim. Çünki çox da uzaq olmayan bir tarixi bu dərəcə həyasızlıqla saxtalaşdırmaq cəhdini həmin dövrün canlı şahidləri heç bir halda sakit qarşılaya bilməzlər. Necə ki, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün “Facebook” səhifəsində paylaşdığı statusla Əli Kərimlini ifşa etdi. Əli Həsənov məlum statusu ilə həmin dövrün reallıqlarına bir daha işıq salmaqla Kərimlinin yalan danışmaq və böhtan atmaq cəhdini növbəti dəfə yerindəcə iflasa uğratdı”-deyə, V.Rəhimzadə qeyd edib.