YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 13 faiz artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3.675,8 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatında ümumi göstəricinin 1.902,2 mln. manatının heyvandarlıq, 1.773,6 mln. manatının isə bitkiçilik məhsullarının payına düşdüyü qeyd edilib.

Qeyd edək ki, hesabat dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 13 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,9 faiz, bitkiçilik məhsulları üzrə isə 25,6 faiz artıb.

 

DİGƏR Xəbərlər Arxiv