YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Beş ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 14 milyard dolları ötüb

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 14 milyard 74,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8 milyard 240 milyon dollar, idxalın dəyəri 5 milyard 834,2 milyon dollar təşkil edib, nəticədə 2 milyard 405,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin eyni ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16,5 faiz, o cümlədən idxal 51,3 faiz, ixrac 0,1 faiz artıb. Real ifadədə isə dövriyyə 6,8 faiz, o cümlədən idxal 20,4 faiz, ixrac 0,4 faiz çoxalıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 29,7 faizini İtaliyaya, 11,4 faizini Türkiyəyə, 7 faizini Çinə, 5,6 faizini Hindistana, 5,5 faizini Almaniyaya, 5,2 faizini İsrailə, 5 faizini İspaniyaya, 3,9 faizini Çexiyaya, 3,4 faizini Gürcüstana, 3,2 faizini Rusiyaya, 3 faizini Fransaya, 2,5 faizini Portuqaliyaya, 14,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,2 faizi İsveçrə, 14 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,3 faizi Çin, 6,6 faizi ABŞ, 4,8 faizi Almaniya, 4,6 faizi İran, 3,6 faizi Kanada, 3,5 faizi Avstraliya, 3,1 faizi Ukrayna, 2,7 faizi İtaliya, 2,1 faizi Fransa, 2 faizi Qazaxıstan, 20,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

 

DİGƏR Xəbərlər Arxiv