YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan hərbçiləri Minskdə keçirilən hərbi paradda iştirak ediblər

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Belarusun alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü və Müstəqillik Günü münasibətilə iyulun 3-də Minskdə keçirilən hərbi paradı izləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov paradda fəxri qonaq qismində paradda iştirak edib.

Azərbaycan Ordusunun bayraqdarlar heyəti ilə yanaşı, Belarus Respublikası və Rusiya Federasiyası Silahlı qüvvələrinin, həmçinin Çin Xalq Azadlıq Ordusunun parad heyətləri də Hərbi parada qatılıblar.