YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kolman Kriodamin: Azərbaycan mədəni və təbii irsin qorunması sahəsində beynəlxalq əməkdaşlığa mühüm töhfə verir

Ümumdünya İrs Komitəsinin Bakı sessiyasında iştirakçı ölkələr maddi və qeyri-maddi mədəni irsin qorunması sahəsində səmərəli müzakirələr aparırlar. Burada UNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının icrasının təkmilləşdirilməsi ilə bağlı mühüm tövsiyələr səsləndirilir. İnanıram ki, səsləndirilən təklif və tövsiyələrlə bağlı mühüm qərarlar qəbul olunacaq.

Bu fikirləri UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun əməkdaşı Kolman Kriodamin söyləyib.

Kolman Kriodamin bildirib ki, UNESKO-nun sessiyasının açılış mərasiminin və sessiya çərçivəsində tədbirlərin yüksək səviyyədə təşkili Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi təcrübəsini nümayiş etdirdi.

Qonaq təmsil etdiyi təşkilatın Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi ilə yaxından əməkdaşlıq etdiyini və birgə layihə həyata keçirdiyini diqqətə çatdırıb.