YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihənin təqdimatı olub

İyulun 2-də Bakıda Avropa Şurasının və Avropa İttifaqının “Yaxşı idarəçilik üçün tərəfdaşlıq” birgə proqramı çərçivəsində “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihənin təqdimatı keçirilir.

Layihənin məqsədi Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) alətlərinin milli səviyyədə tətbiqi yolu ilə Azərbaycan məhkəmələrinin işinin səmərəliliyini və keyfiyyətini artırmaq və məhkəmə qərarlarının icrası sisteminin hüquqi və institusional cəhətdən modernləşdirilməsi və icra prosedurlarında iştirak edən qurumların potensialının gücləndirilməsi vasitəsilə qərarların icrasını təkmilləşdirməkdir. Layihənin 2021-ci il avqustun 31-dək davam etməsi nəzərdə tutulur. Ümumi büdcəsi 915 min avro olan layihə CEPEJ tərəfindən həyata keçirilir.

Avropa Şurasının Bakı Ofisinin rəhbəri səfir Zoltan Hernyes, Avropa Şurasının ədliyyə və hüquqi əməkdaşlıq departamentinin rəhbəri Hanne Yunçer, Ədliyyə nazirinin müavini Azər Cəfərov, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və digərləri çıxış edərək Azərbaycan ilə Avropa Şurası və Avropa İttifaqı arasında məhkəmə-hüquq sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən və görülən tədbirlərdən danışıblar.

Məhkəmə-hüquq sistemində aparılan islahatlar və bu islahatların dərinləşməsində Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyətindən, qanunvericilik və institusional yeniliklər, alternativ mexanizmlərin təşviqi, vəkilliyin fəaliyyətinin gücləndirilməsi və digər məsələlərdən söz açıblar.

Sonra CEPEJ-in prezidenti, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov, Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək” layihəsinin əvvəlki mərhələsinin təqdimatı ilə bağlı çıxış ediblər.

Avropa Şurasının proqram meneceri Mariana Fernandez Puçe və Avropa Şurasında layihə üzrə məsul şəxs Vəfa Rövşənova “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” yeni layihəsinin təqdimatını edib, görüləcək işlər, milli məlumat bazasının yaradılması və digər məsələlər barədə məlumat veriblər.

Tədbir çıxışlar və mövzu ətrafında müzakirələrlə davam edir.

 

DİGƏR Xəbərlər Arxiv