YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər İqtisadi Forumu çərçivəsində beynəlxalq innovasiya texnologiyaları sərgisi təşkil ediləcək

Avqustun 12-də Türkmənbaşı şəhərində keçiriləcək I Xəzər İqtisadi Forumu çərçivəsində beynəlxalq innovasiya texnologiyaları sərgisi təşkil ediləcək.

Sərgidə region ölkələrinin və onların tərəfdaşlarının elmi-texniki potensialı əyani şəkildə təqdim olunacaq. Türkmənistan Ticarət-Sənaye Palatasının sədri Orazmurat Qurbannəzərovun sözlərinə görə, Xəzər İqtisadi Forumu ilə eyni vaxtda avtomobil sərgisi də təşkil olunacaq.

Sərginin ümumi sahəsi 5 min kvadratmetrdən çox olacaq.

Forumun proqramı üç hissədən ibarətdir: Beynəlxalq konfrans, Xəzər İnnovasiyalar Texnologiyalar sərgisi və müqavilə hüququ məsələləri – müqavilələrin, sazişlərin və başqa sənədlərin imzalanması.

Xəzər İqtisadi Forumu çərçivəsində müxtəlif iqtisadi və ekoloji mövzularda dəyirmi masalar da təşkil olunacaq. Konfrans iştirakçıları iri layihələrin həyata keçirilməsi üçün şərait yaradılması, Xəzəryanı ölkələrdə müxtəlif sahələrin innovasiya baxımından cəlbediciliyi, rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq və bir sıra başqa məsələləri müzakirə edəcəklər.

 

DİGƏR Xəbərlər Arxiv