YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan şərabları Çində beynəlxalq müsabiqənin mükafatlarına layiq görülüb

Azərbaycanın 10-dan çox şərab istehsal edən şirkətinin məhsulları Çinin Şanxay şəhərində keçirilən Beynəlxalq Şərab Müsabiqəsində (IWC) iştirak edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Fransa, İtaliya, Çili, Avstraliya ilə yanaşı, şərab istehsalı üzrə tanınan 19 ölkənin 300-dən çox şərab növünün yarışdığı müsabiqədə beynəlxalq və yerli mütəxəssislərdən ibarət münsiflər heyəti hər bir şərabın 3 dəfə ayrı-ayrılıqda dadına baxaraq, 100 ballıq cədvəl ilə qiymətləndiriblər. Qalib gələn şərablara qızıl, gümüş və bürünc medallarla yanaşı, kubok, habelə "Təqdirə layiq" və "Böyük dəyər" mükafatları da təqdim edilib.

Şanxaydakı Azərbaycan Şərab Evinin dəstəyi ilə müsabiqəyə qatılan şərab brendlərimiz yüksək rəqabətlilik şəraitində keçən müsabiqədə 2 gümüş, 10 bürünc medal qazanıb. Bundan əlavə, şərab brendlərimizin 20 müxtəlif növü müsabiqənin "Təqdirə layiq" mükafatına layiq görülüb.

Qeyd edək ki, 36 ildir davamlı olaraq Londonda keçirilən, şərab sahəsində böyük nüfuza malik olan IWC bu ildən paralel olaraq Çində də təşkil olunur. Beynəlxalq Şərab Müsabiqəsi – Çin (IWC – China) yalnız Çinə idxal edilən və yerli məhsullar üçün tərtib edilib. Bu müsabiqədə mükafat qazanan şərabların Çin bazarında şöhrəti daha da artaraq istehlakçılar üçün cəlbedici olur.