YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Braziliya əməkdaşlığının inkişafı üçün böyük potensial var

Noyabrın 6-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Braziliya Federativ Respublikasının idman naziri Aldo Rebelonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə hər iki ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin Azərbaycan ilə Braziliya arasında əlaqələrin inkişafına təkan verdiyi vurğulanıb. Qeyd olunub ki, son illər regionda iqtisadi sıçrayışla inkişaf edən Azərbaycan ilə böyük sənaye potensialına malik Braziliya arasında ikitərəfli faydalı əməkdaşlığın bütün istiqamətlər üzrə, o cümlədən idman sahəsində də davam etdirilməsi faydalı olardı. Bu baxımdan hər iki ölkənin müvafiq qurumları arasında idman sahəsində əməkdaşlıq haqqında fəaliyyət planının imzalanması müsbət qiymətləndirilib. Braziliya kimi Azərbaycanın da idman sahəsində kifayət qədər inkişaf etmiş bir ölkə olduğu xatırlanaraq bildirilib ki, bir çox beynəlxalq layihələrə, humanitar forumlara, idman yarışlarına ev sahibliyi edən Azərbaycandakı bu tədbirlərə Braziliya vətəndaşları da fəal qatılırlar.

Görüşdə tərəflər qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıblar. Xüsusən, 2016-cı ildə Yay Olimpiya Oyunlarının Braziliyada, ilk Avropa Oyunlarının isə gələn il Azərbaycanda keçiriləcəyi nəzərə alınaraq, qarşılıqlı təcrübə mübadiləsinin səmərəli olacağı bildirilib.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv