YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Bu gün bütün dünyanın nəzərləri Bakıda olacaq

“Mayın 29-da Bakının Olimpiya Stadionunda Avropa Liqasının final oyunu keçiriləcək. Avropanın iki məşhur futbol komandasının – Arsenal və Çelsi komandalarının çempionluq uğrunda yarışına Bakının ev sahibliyi etməsi əlamətdar hadisədir. Bu, təkcə idman bayramı deyil, eyni zamanda Azərbaycanı, Bakını tanıtmağın gözəl imkanıdır. Artıq bir neçə gündür Bakı, Azərbaycan futbolsevərlərin ən çox müzakirə etdiyi ölkə və şəhərdir. Ayın 29-da isə bütün dünyanın nəzərləri Bakıda olacaq”. Bu sətirlər Baş nazirin müavini, YAP-ın Sədr müavini Əli Əhmədovun rəsmi facebook səhifəsində yerləşdirdiyi bu gün bütün dünyanın nəzərləri Bakıda olacaq sərlövhəli məqaləsində yer almışdır.

“İdmançılara uğurlar diləyirəm. Komandalardan hansısa çempion adına məhz Bakıda nail olduğunu heç zaman unutmayacaq. Eynilə də fanatların Bakıda keçirilən oyundan ən xoş təəssüratlarla qayıdacaqlarına əminəm.

Bakıdakı futbol fanatlarının oyuna Azərbaycan bayrağı ilə getmək barədə sosial şəbəkələrdə səsləndirilən təkliflərini mən də dəstəkləyirəm. Yaxşı olar ki, Bakı həm oyunçuların, həm də fanatların yaddaşında təkcə stadionun gözəlliyi ilə deyil, həm də azarkeşlərin coşqusu ilə qalsın.

Azərbaycan bayraqları, Azərbaycan coşqusu və Azərbaycan qonaqpərvərliyi ilə futbolçuları və onların Bakıya gəlmiş fanatlarını salamlayırıq.

Hamınıza gözəl idman həyəcanı və xoş istirahət arzulayıram” – Əli Əhmədov vurğulamışdır.