YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Çexiya arasında hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsi müzakirə olunub

Mayın 17-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Azərbaycanda səfərdə olan Çexiyanın “Ceska Zbrojovka Group SE” şirkətinin idarə heyətinin sədri və prezidenti Lyubomir Kovarikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) bildiriblər ki, nazir müavini Azərbaycan ilə Çexiya arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Qurumun fəaliyyətindən danışan Yəhya Musayev Azərbaycan MSN-in Çexiyanın müvafiq qurumları ilə hərbi-texniki sahədə əməkdaşlıq etmək üçün daim hazır olduğunu vurğulayıb.

Görüşdə MSN ilə “Ceska Zbrojovka Group SE” şirkəti arasında hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb.