Xəbərlər
Azərbaycan-Macarıstan əlaqələrinin daha da inkişafı üçün böyük potensial var
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto noyabrın 3-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşdən sonra birgə mətbuat konfransında deyib ki, ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün böyük potensial var.
O, yaxın vaxtlarda imzalanacaq sənədlərin müxtəlif sahələrdə əməkdaşlığımızın daha da inkişafına təkan verəcəyini diqqətə çatdırıb.
Elmar Məmmədyarov isə macarıstanlı nazirlə görüşündə hər iki ölkə üçün maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi apardıqlarını söyləyib. O, P.Siyartoya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti haqqında da məlumat verdiyini diqqətə çatdırıb.