YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu ilin birinci rübündə Azərbaycan bankları 1,7 milyard manat kredit verib

2019-cu ilin yanvar-mart aylarında Azərbaycan bankları 1,7 milyard manat kredit verib.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin sədri vəzifələrini icra edən İbrahim Alışov “Bank işində və ödəniş ekosistemində yeni tendensiyalar: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik” mövzusunda FINTEX sammitində deyib.

O, ümumilikdə bazarda vəziyyətin yaxşılaşmasını və dollarlaşmanın azalmasını qeyd edib.

İ.Alışov onu da bildirib ki, fəaliyyətə başladağı müddətdən Palata 1,8 milyard manatdan çox kapital inyeksiyası edib ki, bunlardan 120 milyon manatı bu ilin ilk üç ayına düşüb.

O bildirib ki, bank sektorunun kapitalının adekvatlığı normativ göstəriciləri üstələyir və 20,2 faiz təşkil edir. Palata rəsmisinin sözlərinə görə, bu, sektorun dayanıqlılığının göstəricisidir.

DİGƏR Xəbərlər Arxiv