YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Oktay Səmədov: Bilik Fondunun fəaliyyətində maarifçilik tədbirləri əsas yerlərdən birini tutur

Bilik Fondunun məqsədi ölkə əhalisinin elmi-texniki, siyasi-ictimai, ekoloji və humanitar biliklərini artırmaq, Azərbaycanın daxili və xarici siyasətinin, azərbaycançılıq məfkurəsinin mahiyyətini ictimaiyyətə çatdırmaq, milli-mənəvi dəyərləri təbliğ etməkdir. Bu fikri Azərbaycan Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov deyib.

O.Səmədov bildirib ki, Bilik Fondu qeyd olunan istiqamətlərdə səmərəli layihələr həyata keçirəcək. Onun sözlərinə görə, burada  maarifçilik tədbirləri əsas yerlərdən birini tutur.

«Ölkə ərazisində, o cümlədən regionlarda əhalinin maarifləndirilməsində, gənclərin texniki və humanitar sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsində, dil bilgilərinin artırılmasında tələbələrin, gənc alim və mütəxəssislərin Fondla birgə fəaliyyətinin qurulması vacibdir»-deyə, O.Səmədov vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv