YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan hərbçiləri bir neçə beynəlxalq tədbirlərdə iştriak edəcək

Azərbaycan hərbçiləri bir neçə beynəlxalq tədbirlərdə iştriak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, noyabrın 3-dən 7-dək Oberammerqau şəhərində (Almaniya) "Bütövlüyün qurulmasında müdafiə təsisatlarının liderliyi" mövzusunda kurs, NATO İctimai əlaqələr siyasətinin hazırlanması kursu, Budapeşt şəhərində (Macarıstan) "Tibbi qiymətləndirmə" kursu, Ankara şəhərində (Türkiyə) Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə Türkiyə Quru Qoşunları Hərbi Məktəbi arasında müəllim mübadiləsi, Bakı şəhərində "NATO günləri" tədbiri, noyabrın 3-dən 14-dək Konstanta şəhərində (Rumıniya) Hidroqrafiya və hidroqrafiya idrələri üzrə regional təlim kursu, San Remo şəhərində (İtaliya) 156-cı Beynəlxalq hərbi kurs, noyabrın 3-dən 21-dək isə Ankara şəhərində (Türkiyə) Exokardioqrafiya kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.