YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İrakli Kobaxidze: Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin inkişafında mühüm rol oynayırlar

Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin ayrılmaz bir hissəsidir və Gürcüstanın inkişafında mühüm rol oynayırlar.

Bu fikirlər Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar müsəlmanlara ünvanladığı təbrik məktubunda qeyd olunub.

İ.Kobaxidze müqəddəs Ramazan ayının başlanması münasibətilə Gürcüstanın müsəlman icmasını təbrik edib, onlara bol ruzi, əmin-amanlıq, firavanlıq arzulayıb.

Ramazan ayının məziyyətlərindən bəhs olunan məktubda deyilir: “Bizi ümumi Vətən, tarix, sevinc və məqsədlər birləşdirir. İnanıram biz birlikdə Gürcüstanı daha da möhkəmlədib layiqli gələcək qura biləcəyik”.