YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib

“Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib”. Bu fikri Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, gənclərimiz bütün sahələrdə öz sözünü deyir və potensial imkanlarını ortaya qoyur.  Onun sözlərinə görə, müstəqil Azərbaycanın inkişafında böyük potensiala malik, yenilməz qüvvə  kimi fəallıq göstərən gəncliyin cəmiyyətdəki rolu  getdikcə artır.  Bu sahənin daim diqqət mərkəzində saxlanılması və  Azərbaycan gəncliyinin dünya birliyinə inteqrasiyası üçün yaradılmış əlverişli şərait onların  hərtərəfli hazırlıqlı mütəxəssis kimi yetişməsində, təhsil almasında, fiziki cəhətdən sağlam  böyüməsində, gələcəyini təmin etməsində  əhəmiyyətli rol oynayıb.

“Gənclərimizin dünya birliyinə inteqrasiyası,  mötəbər beynəlxalq tədbirlərdə iştirakı və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırılmasında  fəal iştirakı dövlət gənclər siyasətinin prioritetini təşkil edir.  Ölkənin gələcəyini etibar edəcəyi nəslin hazırlanması bu gün də Prezident İlham Əliyevin böyük önəm verdiyi sahədir. Gənclər siyasətinin müəyyənləşdirilməsi, gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı qəbul olunmuş dövlət proqramları gəncliyin problemlərinin həllində mühüm rol oynayır. Bütövlükdə, Azərbaycan gəncliyində özünəinam hissi getdikcə yüksəlir. Gənclər dövlət başçısının ətrafında sıx birləşərək,  ölkənin  ictimai-siyasi həyatında, son illərdə Azərbaycanda həyata keçirilən nəhəng quruculuq işlərində  fəal iştirak edir, Vətənimizin müdafiəsinə, işğal altında olan torpaqlarımızın azad edilməsinə hər an hazırdırlar”-deyə, Ş.İsmayılov qeyd edib.