YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

Aprelin 18-də Nazirlər Kabinetində “Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib.

Baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Əli Əhmədov Prezident İlham Əliyevin bu il noyabrın 14-15-də “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi haqqında Sərəncam imzaladığını xatırladıb. Bildirib ki, bu sammitin keçirilməsi məqsədilə yaradılmış Təşkilat Komitəsində dövlət və hökumət qurumlarının, ictimai təşkilatların, dini qurumların rəhbərləri və nümayəndələri təmsil olunurlar.

Baş nazirin müavini deyib ki, Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmiz multikulturalizmin mərkəzi kimi din xadimlərinin iştiraki ilə bir sıra tədbirlərə də ev sahibliyi edib. 2010-cu ildə Azərbaycanda “Dünya dini liderlərinin I Bakı sammiti” keçirilib. Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində Bakıda növbəti beynəlxalq sammitin keçirilməsi Prezident İlham Əliyev tərəfindən məqsədəuyğun sayılıb. Bu tədbirin keçirilməsi bir tərəfdən Azərbaycanda dini tolerantlığa töhfə kimi qəbul olunacaq, eyni zamanda, müxtəlif ölkələrdən dini liderlər, ayrı-ayrı dini konfessiyaların nümayəndələri bəşəriyyəti narahat edən problemlər ətrafında fikir mübadiləsi apara biləcəklər.

Sonra iclasda “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi, fəaliyyət proqramının tərtib olunması ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.