YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Cənab İlham Əliyev seçkilərdən keçən bir il ərzindəki fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha sübut etdi

“Ötən il aprelin 11-də ölkəmizdə  keçirilən prezident seçkiləri xalqımızın dövlətimizin başçısı İlham Əliyevə sonsuz inam və etimadını bir daha təsdiqlədi. Bu seçkilərdə parlaq qələbə qazanan cənab İlham Əliyev seçkilərdən keçən  bir il ərzindəki fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha sübut etdi. Bir il ərzində Azərbaycan bütün sahələrdə inkişaf edib, ölkəmizin daha da güclənməsi üçün uğurlu daxili və xarici siyasət həyata keçirilib”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. 

H.Rəcəbli bildirib ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində bu gün Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru inamla addımlayır.

“Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sosial siyasəti uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısının vurğuladığı kimi, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”-deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv