YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

CNN Türk TV: Azərbaycan Prezidenti səmərəli islahatlar sayəsində xalqın dəstəyini qazanıb

Prezident İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin bir ili ilə bağlı Türkiyənin nüfuzlu CNN Türk TV kanalında geniş reportaj yayımlanıb.

Reportaj Azərbaycan xalqı ilə Prezident arasındakı birliyi tərənnüm edən fikirlərlə başlayır. Sonra Fransanın nüfuzlu və peşəkar tədqiqat mərkəzlərindən biri olan “Opinion Way” şirkətinin Azərbaycan Prezidentinin son 1 il ərzindəki fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğusunun nəticələri barədə məlumat verilir. Bildirilir ki, Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair suala respondentlərin bütövlükdə 75,6 faizi müsbət cavab verib.

Videomaterialda türkdilli tamaşaçıların diqqətinə çatdırılıb ki, 2003-cü ildə Azərbaycan xalqının dəstəyini qazanan Prezident İlham Əliyev ölkə iqtisadiyyatının üç dəfə artmasına nail olub. Ötən dövrdə Azərbaycanda 12 min 300 kilometr avtomobil yolu salınıb, ölkə iqtisadiyyatına 231 milyard ABŞ dolları sərmayə yatırılıb, valyuta ehtiyatı 23 dəfə artıb, 2 milyon iş yeri açılıb.

Reportajda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan uğurlu siyasət, o cümlədən TANAP kəmərinin əhəmiyyətinə dair məlumatlar da əksini tapıb. Həmçinin Azərbaycanın ayrı-ayrı bölgələrini, paytaxt Bakının müasir görkəmini, eləcə də Prezident İlham Əliyevin ictimaiyyət nümayəndələri ilə görüşlərini, eyni zamanda, beynəlxalq tədbirlərdə iştirakını əks etdirən kadrlardan istifadə olunub.

DİGƏR Xəbərlər Arxiv