YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin növbəti plenar iclası keçirilib

Oktyabrın 28-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilib.

Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra gündəlik elan edildi və təsdiq olundu.

Əvvəlcə cari məsələlər müzakirə olundu. Deputatlar ermənilərin girov götürdükləri azərbaycanlıların ötən gün Dağlıq Qarabağda keçirilən qondarma “məhkəməsi”nə, Azərbaycana ikili standartlardan yanaşılması ilə bağlı məsələlərə münasibət bildirdilər.

O.Əsədov dedi ki, bu ikili standartlarla yanaşmanın əsas səbəbi Azərbaycanın kiçik ölkə olmasına baxmayaraq, gündən-günə inkişaf etməsi və müstəqil siyasət aparması ilə bağlıdır. Ona görə bu, bəzi dairələrin xoşuna gəlmir. Məhz bu səbəbdən Azərbaycana ikili standartla yanaşılır.

İclasda Əli Rüstəmovun Ali Məhkəmənin hakimi təyin edilməsi məsələsi müzakirə edildi və qərar qəbul olundu.

Deputatlar “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzər işçi qruplarının rəhbərlərinin seçilməsi” haqqında Milli Məclisin Qərarında, “İnzibati icraat haqqında” “Polis haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında”, “Yeyinti məhsulları haqqında”, “Balıqçılıq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Qrant haqqında”, “Dövlət rüsumu haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Taxıl haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Bələdiyyələrin statusu haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələrini nəzərdən keçiriblər. Həmçinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə qanun layihəsinə də baxılıb. İclasda müzakirə edilən bütün qanun layihələri qəbul edilib.