YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Aprel döyüşləri Azərbaycan xalqının qələbə əzmininin təcəssümü idi

Azərbaycan Ordusunun parlaq tarixi zəfərlərindən olan şanlı Aprel döyüşlərindən 3 il ötür. Bir neçə gün davam edən Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qüdrətini, ən əsası isə Azərbaycan xalqının qələbə əzmini, ədalətin tezliklə bərpa ediləcəyini göstərdi. 3-4 gün ərzində əqidəsindən, siyasi mövqeyindən, sosial durumundan, yaşından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı öz mövqeyini, həmrəyliyini, Vətən, torpaq, el-oba yolunda hər cür fədakarlığa hazır oldunu göstərdi.

“Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin söylədiyi bu fikirlər Aprel zəfərinin xalqımız üçün əhəmiyyətini aydın şəkildə ifadə etdi.

Aprel zəfəri torpaqlarımızın 20 faizinin düşmən tərəfindən işğal olunduqdan illər sonra xalqımıza qələbə sevinci yaşatdı. Lakin Azərbaycan xalqı unutmadı ki, 2016-cı ilin Aprel hadisələrində yaşayış məntəqələrinin bombalanması nəticəsində 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı, fərdi yaşayış evləri, məktəblər, xəstəxanalar, ibadət ocaqları, elektrik yarımstansiyaları, kilometrlərlə su və qaz boruları Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri, artilleriya mərmiləri ilə dağıdıldı.

Azərbaycan xalqı qürur duydu ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinə, prinsipial mövqeyinə arxalanan şanlı Azərbaycan Ordusu qısa müddət ərzində düşmənin qüvvələrini qəti zərbələrlə sıradan çıxardaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Uğurlu əməliyyatlar nəticəsində Talış kəndi istiqamətindəki yüksəkliklər, strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi düşməndən azad olundu.

Düşmən milli birlikdən güc alan, işğalla barışmayan Azərbaycan xalqının qələbə əzmini gördü və anladı ki, “Böyük Qayıdış” prosesinə start verilməsi gec-tez Ordumuz daha böyük zəfərlərə imza ataraq ölkəmizin ərazi bötüvlüyünü bərpa edəcək. Tezliklə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı bütün kənd və qəsəbələrimiz Cocuq Mərcanlı kimi yenidən toy-büsatlı günlərinə qovuşacaq.

DİGƏR Xəbərlər Arxiv