YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Ermənistan vətəndaşının Azərbaycan ərazisində hərbi xidmətdə nə işi var?

Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması çox güman ki, tamamilə başqa şərait mühit yarada bilər.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov təyyarədə Ermənistan jurnalistlərinin sualına cavab verərkən deyib.

Nazir deyib: “Hamı fikirləşir ki, nəticələr fərqlidir. Əgər siz tarixə baxsanız, hər bir müharibədə fərqli tarixlər var. Hər kəs öz tarixini qurur: kim haqlıdır, kim günahkardır və sairə. Amma ümumilikdə fikrimcə, 2016-cı ilin apreli göstərdi ki, sülh hələ də yaxın deyil. Biz hər zaman deyirik ki, ordu kazarmalara geri dönməlidir. Ancaq bu yolla biz dinc nizamlanmaya yaxınlaşa bilərik. Erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması tamamilə yeni mühit yarada bilər. Mənim ölkəmin ərazisi erməni əsgərləri tərəfindən işğal edilib. Bax, Ermənistan vətəndaşının Azərbaycan ərazisində hərbi xidmətdə nə işi var?”