YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Azərbaycan prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcək

“Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların aparılması üçün yeni imkanlar açır”. Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, danışıqlar yalnız Azərbaycan və Ermənistan arasında aparılır. Bu isə o deməkdir ki, danışıqların  formatı dəyişməzdir. Onun sözlərinə görə, erməni tərəfinin danışıqların formatının dəyişdirilməsi cəhdləri iflasa uğradı.

“Vyana görüşünün nəticələri ilə bağlısülh prosesinin irəli aparılması üçün mühitin yaradılması, münaqişənin həlli üçün danışıqlar prosesində konkret və nəticəyönümlü addımlar atılmasının vacibliyi bildirilir. Atəşkəsin davam etdirilməsi, danışıqların intensiv, substantiv əsaslarla bir-birini tamamlaması vacib şərtlərdəndir, bunlar paralel və davamlı aparılmalıdır. Münqişənin həlli ilə bağlı  Azərbaycan dövlətinin mövqeyi bəllidir və birmənalı xarakter daşıyır. Bizim mövqeyimizin əsasını Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri təşkil edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır. Azərbaycan bu mövqeyindən bir addım da olsun geri çəkilməyəcək”-deyə, E.Məmmədov vurğulayıb.