YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəttah Heydərov: Bakı-Bişkek-Bakı aviareysi türkdilli ölkələrin birliyinə xidmət edən yeni bir körpüdür

“Azərbaycan Hava Yolları”nın Bakı-Bişkek-Bakı aviareysini açması türkdilli ölkələr arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. Bu, birliyimizin təmin edilməsinə yönələn yeni bir körpüdür.

Manas Beynəlxalq Aeroportunda jurnalistlərə verdiyi müsahibədə aviareysin açılmasını yüksək qiymətləndirən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov ilk reyslə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Ağsaqqallar Şurasının 8-ci iclasında iştirak etmək üçün Bişkekə gəldiyini bildirib.

F.Heydərov Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq deyib: “Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə sıx tellərlə bağlıdırlar. Bu iki xalq arasında münasibətlər tarixin dərinliklərinə gedib çıxır. Münasibətlərimizin genişlənməsində ümummilli lider Heydər Əliyevin əvəzolunmaz xidmətləri vardır və hazırda bu siyasət uğurla davam etdirilir”.

Qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Almazbek Atambayevin xidmətlərini vurğulayan F.Heydərov qeyd edib ki, “Azərbaycan Hava Yolları”nın türkdilli ölkələri bir-birinə yaxınlaşdırması təqdirəlayiqdir. Bişkekə aviareysin açılması da bu məqsədə xidmət edir.