YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Ölkə Başçısından daha bir humanistlik, qayğıkeşlik nümunəsi

Xalqımızın əziz bayramı-Novruz ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncam ilə 431 nəfər məhkum əfv olundu. Ölkə Başçısının humanist addımı sayəsində insanlara aydın və işıqlı sabaha inam duyğusu bəxş edən ümummilli byramımız yüzlərlə ailənin evində ikiqat sevinclə qeyd olunacaq. Bu sərəncam həm də əfv olunan şəxslərin xoşbəxt gələcəyə, özlərinə olan ümidini artırdı. Ən əsası isə Prezidentimiz bu sərəncamla öz əməllərindən peşimançılıq hissi keçirən insanlara özlərini həyatda bir daha sınamaq imkanı verdi. Bu bir daha göstərdi ki, 2003-cü ildə Azərbaycan seçicisinə vəd edilən "Mən hər bir azərbaycanlının prezidenti olacağam" sözləri ötən 16 il ərzində özünü doğrultdu. Bu illər ərzində qazanılan uğurlar, əldə edilən nailiyyətlər təsdiq etdi ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş humanizm və ədalət prinsipləri ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Kimliyindən, tutduğu mövqedən asılı olmayaraq hər bir vətəndaşın dərdi-səri, qayğıları, problemləri Azərbaycan Prezidenti İlham Əliyevin diqqətində və nəzarətindədir.

Novruz bayramı ərəfəsində imzalanan əvf sərəncamı Azərbaycan Prezidentinin siyasi iradəsi və qətiyyəti nəticəsində hər zaman ölkə vətəndaşının yanında oluğunun daha bir təsdiqi kimi tarixə qovuşdu. Ölkə Başçısı dünyaya nümunə olacaq ali humanistlik, qayğıkeşlik nümunəsi göstərərək, daim xalqı ilə birgə olmağın onun üçün həyat amalı olduğunu bir daha təsdiq etdi.