YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: “Gənclər siyasəti haqqında” qanuna edilən dəyişikliklər Azərbaycan gəncliyinin hərtərəfli inkişafına yeni töhfələr verəcək

“Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti hazırda  Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan gəncliyi cəmiyyətin aparıcı qüvvəsidir. Ölkəmizdə gəncliyin inkişafı üçün sistemli olaraq tədbirlər görülür, o cümlədən qanunvericilik aktları təkmilləşdirilir”. Bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, Milli Məclisin ötən həftə keçirilən iclasında “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklər üçüncü oxunuşda qəbul olunub. Onun sözlərinə gorə, qəbul olunmuş yeni sənəddə mühüm məsələlər əksini tapır: “Sənəddə gənclər siyasətinin məqsəd və prinsipləri, gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, onların sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğunun təmin edilməsi, gənc ailələrə, gənclər təşkilatlarına dövlət yardımı, gənclər siyasətinin həyata keçirilməsinin maddi və maliyyə təminatı ilə bağlı maddələrə bir sıra vacib əlavələr edilib. Eyni zamanda, aztəminatlı gənc ailələrin sosial müdafiəsi, onların mənzil təminatın yaxşılaşdırılması və bu məqsədlə güzəştlərin tətbiq olunması, gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi, sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərin təhsil problemlərinin həlli və asudə vaxtlarının səmərəli keçirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi məsələləri qanunda əks olunub”.

Millət vəkili qeyd edib ki, gənclərimiz bu gün milli mənəvi dəyərlərimizin qorunması və təbliğində vacib rol oynayırlar. Bu məsələnin də sənəddə əks olunduğunu deyən S. Hüseynova söyləyib ki, 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması məsədilə onlara tütün məmulatlarının, spirtli və energetik içkilərin satışına yol verilməyəcək.

“Bütün bunlarla yanaşı qanunda edilən mühüm yeniliklərdən biri risk qrupunda olan gənclərin sosial adaptasiyası üçün tədbirlərin həyata keçirilməsi, risk qrupunda olan gənclərlə könüllülər arasında qarşılıqlı yardım qruplarının təşkil edilməsidir. Eləcə də, sahibkar gənclərə də dövlət dəstəyinin gücləndirilməsi də sənəddə öz əksini tapır”-deyən deputat vurğulayıb ki, bütövlükdə yeni qəbul olunmuş sənəd dövlət gənclər siyasətinin hüquqi bazasını daha da təkmilləşdirir. Onun fikrincə, “Gənclər siyasəti haqqında” qanuna edilən dəyişikliklər Azərbaycan gəncliyinin hərtərəfli inkişafına yeni töhfələr verəcək.   

DİGƏR Xəbərlər Arxiv