YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Murtaza Karaçanta: Bakı-Tbilisi-Qars dəmir yolu sayəsində Qars Türkiyə ilə Azərbaycan arasında körpü olacaq

Türkiyə dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini hər zaman müdafiə edir və edəcəkdir. Ermənistan-Azərbaycan münaqişəsi yalnız beynəlxalq hüquq normaları əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Bu fikirləri Türkiyənin Qars şəhərinin bələdiyyə başçısı Murtaza Karaçanta oktyabrın 22-də “Yeni Azərbaycan” qəzetinin redaksiyasında keçirilən görüşdə səsləndirib.

Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışan M.Karaçanta ötən il Qars və Mingəçevir bələdiyyələri arasında əməkdaşlıq haqqında protokolun imzalandığını xatırladıb. Qarşıdakı illərdə Qars bələdiyyəsi ilə Azərbaycanın digər yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın genişləndirilməsinin ikitərəfli əlaqələrə töhfə verəcəyinə əminliyini ifadə edən bələdiyyə başçısı bildirib ki, qardaşlaşan şəhərlərin sosial-iqtisadi, mədəni, təhsil, turizm sahəsində əlaqələri bundan sonra da inkişaf etdiriləcək.
Bu ilin sonunadək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Türkiyə hissəsinin tikintisinin yekunlaşdırılacağını diqqətə çatdıran M.Karaçanta bu dəmir yolu xəttinin tarixi İpək Yolunun inkişafına yeni imkanlar açacağını söyləyərək deyib: “Dəmir yolu xəttinin istifadəyə verilməsi məsələsində Qars Türkiyə ilə Azərbaycan arasında körpü olacaq”. Bildirilib ki, bu layihə ölkələrimiz arasında turizm əlaqələrinə də öz töhfəsini verəcək.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” müdrik kəlamını xatırladan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, bu gün Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər həm siyasi, həm də iqtisadi sahələrdə yüksələn xətlə davam edir.

Görüşdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Azərbaycan ilə Türkiyənin dostluq və qardaşlıq əlaqələrinin sarsılmazlığından danışıb, ölkələrimizin ikitərəfli əməkdaşlığının xalqlarımızın rifahına töhfə verdiyini vurğulayıblar.

Sonda Qars şəhərinin bələdiyyə başçısı jurnalistlərin suallarını cavablandırıb.

 

DİGƏR Xəbərlər Arxiv