Xəbərlər
Çexiya səfiri: Azərbaycan gələcəyə inamla baxır

Çexiya-Azərbaycan qarşılıqlı münasibətlərində 2018-ci ili cəsarətlə yeni dinamika ili adlandırmaq olar. Bu, ölkələrimiz arasında strateji tərəfdaşlığı möhkəmləndirməyə və yeni birgə layihələrin axtarışına zəmin yaradır.
Bunu Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert 2018-ci ilin yekunlarına və qarşıdakı vəzifələrə həsr olunmuş mətbuat konfransında bəyan edib.
Diplomat deyib: ”Azərbaycan iqtisadiyyatının bütün göstəricilərinə görə belə mühakimə yürütmək olar ki, neftin qiymətlərinin düşməsinin səbəb olduğu çətinliklər müvəffəqiyyətlə aradan qaldırılıb, islahatlar tamamilə özünü doğruldub və Azərbaycan gələcəyə inamla baxır”.