YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kaliforniya Qubernatoru Azərbaycana təşəkkür ünvanladı

Kaliforniyada “Yeddi gözəl” baletinin uğurla səhnələşdirilməsi ilə əlaqədar bu ştatın Qubernatoru Edmund Cerri Braun tərəfindən təbrik bəyanatı verilib. Bəyanatda Qubernator baletin uğurlu nümayişinə görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyini, Los-Ancelesdəki baş konsulluğunu təbrik edir. E.Braun belə bir əsərin Kaliforniya sakinləri qarşısında nümayiş etdirilməsinə görə təşəkkürünü bildirir.

Bəyanatda, həmçinin “Yeddi gözəl” haqqında qısa məlumat verilir, baletin dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı əsəri əsasında 1952-ci ildə Qara Qarayev tərəfindən bəstələndiyi, burada etnik müxtəlifliyin, fərqli mədəniyyətlərin gözəlliyinin və qadın müdrikliyinin tərənnüm edildiyi vurğulanır.

Xatırladaq ki, “Yeddi gözəl” baleti Kaliforniyada Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə oktyabrın 11-də böyük uğurla səhnələşdirilib. “Yeddi gözəl” baleti ABŞ-da ilk dəfə olaraq nümayiş etdirilib.