Xəbərlər
Arif Rəhimzadə: Biz bələdiyyələrin mövqelərini gücləndirmək üçün əlimizdən gələni etməliyik

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən Ədliyyə Nazirliyi tərəfindən 2018-ci ildə xeyli iş görülüb. Bələdiyyələrlə bağlı beynəlxalq əlaqələr, sənədlərin tərtibi məsələlərində müsbət addımlar atılıb". Bu fikirləri parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.
A.Rəhimzadə bildirib ki, bunlar olduqca vacib məsələlərdir.
“Hesab edirəm ki, biz bələdiyyələrin mövqelərini gücləndirmək üçün əlimizdən gələni etməliyik”-deyə, komitə sədri vurğulayıb.