YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Ermənilər öz mənfur niyyətlərini həyata keçirmək üçün hər bir vasitədən istifadə edir

«Ermənilərin Eçmiədzin kilsəsinin tarixinə diqqət yetirsək görərik ki, orada xalqlar arasında düşmənçiliyin təbliğ edilməsinin şahidi olarıq. Erməni diasporasının hakim rejimi tarixçiləri təsir altında saxlayaraq onları xalqlara qarşı düşmənçilik nifaqı saxlamağa təhrik edirlər». Bu fikirləri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, bu səbəbdən də həmin qurum dindən çox terrorçu siyasi mərkəz olaraq fəaliyyət göstərir. Onun sözlərinə görə, kilsə dini mərkəzdən çox terroru himayə edən və siyasi məqsədlər üçün çalışan qurumdur.

«Hətta erməni kilsəsinin bu rolunu çarizm dövlət hakimiyyəti orqanları da dəfələrlə vurğulayırdılar. Çar dövrünə aid olan bir çox sənədlərlə yazılıb ki, erməni din xadimləri xalqlar arasında sülh yaratmaqdan uzaqdırlar. Onların başlıca məqsədi düşmənliyi təbliğ etməkdir”. Bütün bunlar onu göstərir ki, ermənilər öz mənfur niyyətlərini həyata keçirmək üçün hər bir vasitədən istifadə edir və öz məqsədlərinə çatmaq üçün müxtəlif cinayətləri törətməyə hazırdırlar»- deyə, deputat qeyd edib.