YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Azərbaycanla Rusiya yüklərin rahat daşınması üçün birgə işləyir

Azərbaycan və Rusiya yüklərin rahat daşınması istiqamətində birgə işlər həyata keçirir.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Samur çayı üzərində tikilməkdə olan avtomobil körpüsünə baxış zamanı jurnalistlərə deyib. /Trend/

Nazir bildirib ki, Azərbaycan-Rusiya əlaqələri yüksək səviyyədə inkişaf edir:

"Əlaqələrin inkişafı bütün sahələrdə, əsasən də siyasi münasibətlərdə müşahidə edilir. Qeyri-neft sahəsi üzrə Rusiya Azərbaycanın əsas tərəfdaşıdır. Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi ilbəil artmaqdadır. Əvvəlki illərə nisbətən bu göstərici 20 %-ə qədər artıb. Biz hesab edirik ki, potensial daha yüksəkdir və gələcəkdə ticarət dövriyyəsinin artırılması üçün işlər görülür".

Ş.Mustafayev qeyd edib ki, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı da məhz ixracata hesablanıb:

"Bu baxımdan malların, yüklərin rahat daşınması üçün Azərbaycan Rusiya ilə birgə tədbirlər görür".