YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan NATO-nun dağ qış təlimlərində təmsil olunur

NATO-ya üzv və tərəfdaş ölkələrin silahlı qüvvələrinin nümayəndələri alyansın “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Gürcüstanda keçirilən aralıq dağ qış təlimlərində iştirak edirlər.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, polkovnik Besik Kutateladze adına Saçxere Qış Təlim Məktəbi tərəfindən Qudauri (Mtsxeta-Mtianeti bölgəsi) dağlarında keçirilən təlimdə Litva, Belarus, Azərbaycan, Ukrayna və Gürcüstandan 14 hərbçi iştirak edir.

Təlimlərdə hərbçilər xizəklər üzərində texnikanın idarə olunması, maneələrdən və sərt dağ yamaclarından keçirilməsi, gecələr qar altında sığınacaq yaradılması və qar uçqunu altında qalmış şəxslərin xilas edilməsi qaydalarını öyrənir, bacarıqlarını artırırlar.

Bu, təlimlərin artıq ikinci mərhələsidir. Hərbçilərin qışda dağ hazırlığının ilk mərhələsi Smtsxe-Cavaxetiya bölgəsinin Abuli dağlarında olub.

Təlim kursu fevralın 8-də başa çatacaq. Kursu müvəffəqiyyətlə bitirən hərbçilərə döş nişanı və sertifikatlar veriləcək.