YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Azərbaycan şirkətləri Rusiyaya 1 milyard dollardan çox investisiya yatırıb

Azərbaycan şirkətləri Rusiyaya 1 milyard dollardan çox investisiya yatırıb.

Bu barədə jurnalistlərə müsahibəsində iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, Azərbaycan ilə Rusiyanın regionları arasında da əlaqələr inkişaf edir. Onlar arasında Qaraçay-Çərkəz Respublikası xüsusi yer tutur: “Biz kənd təsərrüfatı məhsullarının istehsalı, turizm və sərmayələr sahəsində əməkdaşlıq edirik”.

“Rusiya ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələr çox uğurlu inkişaf edir. Ötən il Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 20 faiz artıb. İnvestisiya sahəsində uğurlu layihələr icra olunur. Azərbaycanda 700-dək Rusiya şirkəti fəaliyyət göstərir, onların ölkəmizə yatırdığı investisiya 4 milyard dollardan çoxdur. Azərbaycan şirkətləri isə Rusiyaya 1 milyard dollardan çox investisiya yatırıb”, - deyə Ş.Mustafayev bildirib.

 

DİGƏR Xəbərlər Arxiv