YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Heç bir qüvvə Azərbaycanı haqq yolundan döndərə bilməz

“Bütün dünyada olduğu kimi Azərbaycanda da siyasi partiyaların maliyyə mənbəyi ilə bağlı qərar qəbul olunsa da, bir qrup partiyalar Mərkəzi Seçki Komissiyasına hesabat vermir, bu prosesdən yayınırlar: “Onlar bununla maliyyə dövriyyəsinin olmadığını bildirirlər. Amma əksəriyyəti yanlarında cangüdən, köməkçi gəzdirirlər. Bu azmış kimi "qara pullar" hesabına Azərbaycanda mitinq, yürüş, qarşıdurma yaratmağa cəhd edirlər. Maliyyə mənbəyinin qarşısı alınmasa onlar əməllərindən əl çəkməyəcəklər. Çünki, pul verənlər tapşırıqlarını həmin şəxslər vastiəsilə həyata keçirirlər”. Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

S.Novruzov bildirib ki, Azərbaycanda asayişi pozmağa cəhd göstərənlər üçün xalq, Vətən anlayışı yoxdur: “Onlar üçün yalnız maddiyyət anlayışı var. Xaricdə oturub, ermənidən pul alanların da məqsədləri daxildə qarşıdurma yaratmaq istəyənlərlə eynidir. Hesab edirəm ki, hər birimiz onlara qarşı mübarizə aparmalıyıq. Bəzən həmin şəxslər Milli Məclis haqqında mənfi fikirlər söyləyirlər. Amma nədənsə bır sıra deputatlarımız yaxasını kənara çəkirlər. Hər kəs bilməlidir ki, deyilən sözlər bütün deputatlara şamil olunur. Əgər onlar birini deyirsə, biz onlara qarşı tutarlı cavablarverməliyik”.

Millət vəkili  qeyd edib ki, xaricdən Azərbaycana qarşı yönləndirilən şəxslər nəyisə dəyişmək qabiliyyətində deyillər: “Onlar yalnız söyüş söyməyi bacarırlar. Hətta söyüşü də başqalarının adlarından yazır, mənəvi terror həyata keçirməyə cəhd edirlər. Təbii ki, bu, onların özlərinin deyil, xaricdəki qüvvələrin məhsuldur. Onlar anlamır ki, biz illərdir ki, siyasətlə məşğuluq və onların taktikasını, mexanimzini yaxşı bilirik. Bu yolla bizi fəaliyyətimizdən döndərmək mümkün deyil. Azərbaycan çox uğurla inkişaf edir. Ölkəmiz inkişaf etdikcə, gücləndikcə bizi sevməyən qüvvələrin halı daha da pisləşir. Heç bir qüvvə Azərbaycanı haqq yolundan döndərə bilməz”.

DİGƏR Xəbərlər Arxiv