YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Azərbaycan şəhid ailələri və müharibə əlillərinə göstərdiyi qayğıya görə dünya ölkələrinə nümunədir

“Azərbaycan şəhid ailələri, eləcə də müharibə əlillərinə göstərdiyi qayğıya görə dünya ölkələrinə bir nümunədir. Dünyada çox az ölkə tapılar ki, müharibə iştirakçılarına, sağlamlığını itirmiş hərbi qulluqçulara, şəhid ailələrinə bizim ölkəmizdəki kimi qayğı göstərilsin, onlara mənzil və minik avtomobilləri hədiyyə olunsun”. Bu fikirləri Milli Məclisin Əmək və sosial  siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, bu gün Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Bu mənada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarına olan diqqət və qayğı xüsusi vurğulanmalıdır.

“Prezident İlham Əliyevin  bütün şəhid ailələrinə birdəfəlik ödəmənin  verilməsi ilə bağlı imzaladığı yeni Fərman bu faktı bir daha təsdiqləyir. Cənab Prezidentin  imzaladığı yeni Fərmanla əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək. Eyni zamanda, bu Fərmanda yenilik ondan ibarətdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçu olmayanların, polis işçilərinin və digər qrupların da vərəsələrinə birdəfəlik ödəmə veriləcək. Bu, bir daha dövlət başçısının şəhid ailələrinə olan diqqət və qayğısının ifadəsidir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşməsi şəhid ailələrinə olan diqqət və qayğının daha bir nümunəsidir.

Heç şübhəsiz ki, bu görüş cəmiyyətə də bir mesajdır ki, şəhid ailələrinə daim diqqət göstərilməli, hörmət və ehtiramla yanaşılmalıdır”-deyə, komitə sədri vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv