YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Azərbaycanda tarixən formalaşmış yüksək tolerantlıq mədəniyyəti cəmiyyətimiz üçün böyük dəyərdir

“Azərbaycanda tarixən formalaşmış yüksək tolerantlıq mədəniyyəti cəmiyyətimiz üçün böyük dəyərdir”. Bu fikri Milli Məclisin deputatı Nizamı Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Azərbaycanda nümunəvi multikultural və birgəyaşayış modeli formalaşıb. Onun sözlərinə görə, dövlətimizin həyata keçirdiyi siyasət Azərbaycanı inkişaf etdirməklə yanaşı, həm də ölkəmizi dünyanın mühüm sivilizasiyalar və dinlərarası dialoq mərkəzlərindən birinə çevirib.

“Çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsi ilə xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Eyni zamanda, ölkəmizin dünya birliyində nüfuzunun sürətlə artmasına xidmət edir. Respublikamız  tolerantlığın daha yüksək zirvəsinə qədəm qoyub. İnanclı insanların birgə, vəhdət halında ibadət etməsinin yeni bir nümunəsi xalqımız tərəfindən ortaya qoyulub”-deyə, deputat qeyd edib.