YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2018-ci ildə Azərbaycanda 38,8 milyon tondan çox neft çıxarılıb

Ötən il Azərbaycanda 38,8 milyon tondan çox neft hasil edilib.

Bu barədə “Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən 2018-ci ildə görülmüş işlərə dair” hesabatda deyilir.

Bildirilir ki, keçən il respublikada proqnozdan 849 min 900 ton çox olmaqla 38 milyon 802 min ton neft hasil edilib. Hasil olunan neftin 28 milyon 722 min tonu “Azəri-Çıraq-Günəşli”nin, 2 milyon 540 min tonu “Şahdəniz”in (kondensat), 7 milyon 540 min tonu isə SOCAR-ın payına düşüb.

İl ərzində 32 milyon 666 min 400 ton neft ixrac edilib ki, bunun da 31 milyon 247 min 900 tonu konsorsiumun, 1 milyon 418 min 500 tonu SOCAR-ın payına düşüb. Xam neftin emalı 6 milyon 95 min ton olub ki, bu da proqnozdan 184 min ton çoxdur.

OPEC+ çərçivəsində Azərbaycan gündəlik neft hasilatını 35 min barrel azaldaraq hasilat həcmini 834 min barrel səviyyəsində saxlamaqla bağlı öhdəlik götürüb. Hesabat ili ərzində orta gündəlik neft hasilatı təxminən 792,5 min barrel olub.