YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Nailiyyətlərin əsasında Prezident İlham Əliyevin uğurlu siyasəti dayanır

"Azərbaycanda əldə edilən nailiyyətlərin əsasında Prezident İlham Əliyevin uğurlu siyasəti dayanır”. Bu fikirləri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucov bildirib ki, Azərbaycanın uğurları, inkişafı üçün dövlət başçısı bütün mümkün vasitələrdən istifadə edir. Onun sözlərinə görə, bu gün Azərbaycan bütün meqalayihələrdə uğurla iştirak edir.

“Eləcə də, son 15 ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatının Nazirlər Şurasının toplantısının ölkəmizdə keçirilməsi, gələn il isə Qoşulmama Hərəkatına üzv olan ölkə başçılarının Azərbaycanda toplanması və sədrliyin ölkəmizə keçməsi bizim ən böyük uğurlarımızdan biridir. Dünyanın 120-dən artıq ölkəsi Qoşulmama Hərəkatına üzvdür. Bu gün bizim ən böyük problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bununla bağlı cənab Prezidentimiz real nəticələrə nail olmaq üçün səylərini artırmaqdadır. Düşünürük ki, Ermənistanda baş verən bu son hadisələrdən sonra bu real nəticələrə daha da yaxınlaşacayıq”-deyə, S.Orucov qeyd edib.