YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur

“Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur”. Bu fikri iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki, son 15 ildə  irimiqyaslı nəqliyyat infrastrukturu layihələri həyata keçirilmiş, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilmişdir. Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı, müasir texnologiyalara əsaslanan Gəmiqayırma Zavodu istifadəyə verilmiş, TRASECA, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişafı istiqamətində əhəmiyyətli işlər görülmüşdür.

“Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının tikintisi Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında önəmli rol oynamaqla yanaşı, tranzit potensialını daha da gücləndirir. Prezident İlham Əliyevin təşəbbüsü və prinsipial mövqeyi sayəsində tikilən, əhəmiyyətinə görə "Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ölkəmizin nəqliyyat-tranzit imkanlarını önəmli dərəcədə artırmışdır. Qeyd edim ki, 2018-ci ildə "Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi” ilə əvvəlki illə müqayisədə 100 dəfədən çox yük daşınmışdır”-deyə, nazir qeyd edib.