YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatının Qadınlar Şurası kimsəsiz uşaqları ziyarət edib

Bu gün Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı Qadınlar Şurasının bir qrup üzvü  Binə qəsəbəsində yerləşən «Ümid yeri» Cəmiyyətinin kimsəsiz uşaqlar üçün təşkil etdiyi sığınacaqda məskunlaşan kimsəsiz uşaqları ziyarət edib.

YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva bildirib ki, bu cür tədbirlərin məqsədi kimsəsiz uşaqlara maddi və mənəvi dəstək göstərilməsindən  ibarətdir.

Tədbir zamanı «Ümid yeri» sığınacağında 45 nəfər kimsəsiz uşağın məskunlaşdırıldığı, onların təhsilinə xüsusi diqqət yetirildiyi və sosial şəraitlərinin həll olunduğu vurğulanıb. Qeyd olunub ki, Azərbaycanda sosail müdafiəyə ehtiyacı olan insanlara, o cümlədən uşaqlara xüsusi qayğı göstərilir.

YAP Xəzər rayon təşkilatı Qadınlar Şurası adından kimsəsiz uşaqlara hədiyyələr də təqdim olunub.