YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyəli nazir: Türkiyə kənd təsərrüfatı sahəsində tətbiq etdiyi yenilikləri Azərbaycanla bölüşməyə hazırdır

Türkiyə kənd təsərrüfatı sahəsində tətbiq etdiyi yenilikləri Azərbaycanla bölüşməyə hazırdır.

Bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Bakıda keçirilən “AgTech and Green Energy” Beynəlxalq Forumunun açılış mərasimində deyib.

Türkiyədə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar barədə məlumat verən nazir bildirib ki, bu istiqamətdə Azərbaycanla fikir mübadiləsi aparmaq iki ölkənin əməkdaşlığının inkişafina töhfə verəcək. Türkiyə kənd təsərrüfatının inkişaf etmiş sahələrində tətbiq etdiyi üsulları, texnoloji yenilikləri Azərbaycanla bölüşməyə hazırdır.